Depressiyaya görə “sehrli göbələk”lə müalicə olunan pilot təyyarədəki 80 sərnişini öldürmək istəyib. Qorxunc hadisə ABŞ-də Everot-San-Fransisko marşrutu ilə hərəkət edən hava gəmisində baş verib.
44 yaşlı Cozef Emerson təyyarədə qonaq qismində olub. Pilotlar Cozeflə söhbət eləmək üçün onu kabinəyə buraxıblar. Lakin o, qəfil hərəkətlə təyyarənin mühərrikini söndürmək istəyib. Heyət üzvləri bunun qarşısını ala biliblər. Məlumata görə, kabinədə yarım dəqiqə əlbəyaxa dava olub. Sonra ikinci pilot uçuş zamanı fövqəladə vəziyyət elan edib, avtopilotu söndürüb və təyyarəni Portlendə istiqamətləndirib.
Emerson isə uçuşun qalan hissəsini təhlükəsizlik kəmərləri və çevik qandallarla təyyarənin arxa hissəsində keçirib.
Eniş etdikdən sonra pilot saxlanılıb. O, ifadəsində altı aydır depressiyada olduğunu və xüsusi göbələklərlə müalicə aldığını deyib. Pilot hadisədən əvvəl təxminən 40 saat yatmadığını etiraf edib. Onun sözlərinə görə, yuxu gördüyünü sanıb və oyanmaq istədiyi üçün mühərriki söndürmək istəyib.
Emersona qarşı təyyarə heyətinin işinə müdaxilə, 83 adamı öldürməyə cəhd və ehtiyatsızlıqdan təhlükə törətmək, habelə təyyarəni təhlükəyə atmaq ittihamları irəli sürülüb. Pilot özünü təqsirli bilib.
Mənbə: News.ru
www.RIA24.az