Milyarder İlon Mask “X” sosial şəbəkəsini tanışlıq saytına çevirməyi planlaşdırır.
Bu barədə “Business Insider” öz mənbələrinə istinadla xəbər verib.
Bildirilir ki, oktyabrın 26-da “X”də Mask və şirkətin baş direktoru Linda Yakkarinonun iştirakı ilə videokonfrans keçirilib. Görüş zamanı biznesmen bildirib ki, “X” 2024-cü ildə tamhüquqlu tanışlıq saytına, eləcə də rəqəmsal banka çevriləcək.
Lakin Mask bunun necə baş verəcəyini dəqiqləşdirməyib.
Bundan əvvəl xəbər verilmişdi ki, Mask “X”də video və audiozənglər olacağını elan edib.
www.RIA24.az