Məşhur rusiyalı kosmonavt Oleq Artyomov Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə Beynəlxalq Kosmik Stansiyadan paylaşım edib.
Oxu.Az-ın məlumatına görə, kadrlarda Yer kürəsi fonunda Türkiyə bayrağı əks olunub.
“Oktyabrın 29-da Türkiyə əsas milli bayramını – Respublika Gününü qeyd edir!” – deyə Artyomov videoya izah yazıb.
Video böyük maraqla qarşılanıb. Bir çox türkiyəli və azərbaycanlı istifadəçi paylaşıma görə kosmonavta təşəkkür edib.
www.RIA24.az