Hollivud ulduzlarından sürpriz qərar – FOTO

Maraqlı


Hollivud ulduzları Çenninq Tatum və Zoi Kravitz evlənmək qərarına gəliblər.

Bu barədə cütlüyə yaxın bir neçə mənbədən bildirilib.

Onlar iddia edirlər ki, 43 yaşlı Çenninq bu yaxınlarda Zoiyə evlilik təklifi edib.

Bundan başqa “Halloween” şənliyində qorxu filmindəki obrazlardan biri kimi geyinən Kravitzin barmağındakı nişan üzüyü də nəzərlərdən yayınmayıb.

İnsayderlər bildirirlər ki, ulduzlar dəbdəbəli toy şənliyi planlaşdırmırlar. Onlar kiçik şənliyə üstünlük verirlər.

Xatırladaq ki, cütlüyün münasibəti Kravitzin iki il əvvəl rejissorluq debütü olan “Pussy Island”  filmi üçün kastinqdən sonra başlayıb. Zoi daha sonra etiraf edib ki, Çenninq çəkiliş meydançasında onun üçün əsl qəyyum olub.

“Gah çay dəmləyir, gah kimisə formaya salırdı, o, həmişə mənim müdafiəçim olub. Düşünürəm ki, bu, çox gözəldir”, – deyə Kravitz jurnalistlərə müsahibəsində etiraf edib.

Eyni zamanda, sevgililər münasibətlərini gizli saxlayıblar: Onlar bu iki il ərzində ictimai tədbirlərdə və qırmızı xalılarda birlikdə görünməməyə çalışıblar. Bu səbəbdən evlilik xəbəri ulduzların pərəstişkarları üçün sürpriz olub.

Mənbə: Grazia

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir