Çindən olan təqaüdçü qadının fiziki hazırlığı sosial şəbəkə istifadəçilərini heyrətləndirib.
78 yaşlı Bay Tszintsinin dediyinə görə, o, əvvəllər oturaq həyat tərzi keçirib və bu da onun sağlamlığına təsir edib. Təqaüdçü etiraf edir ki, işlə çox məşğul olub və fiziki formasını saxlamağa vaxt tapmayıb.
Çinli qadının sözlərinə görə, ona xərçəng diaqnozunun qoyulmasına da məhz orqanizmə qarşı bu laqeydliyi səbəb olub.
Üç əməliyyat keçirdikdən və xəstəlik səngidikdən sonra Bay sağlamlığına ciddi yanaşmağa qərar verib. O, idman zalına yazılıb və yoqa ilə məşğul olmağa başlayıb.
Bay məşq rejiminə sürətli gəzinti və iplə tullanma kimi yüngül məşqlərlə başlayır. Vaxt keçdikcə, bədəni gücləndikcə o, yüksək intensivlikli məşqlərə keçib.
Mənbə: Gazeta.ru
www.RIA24.az