Almaniyadan gələn turistlər üç saat ərzində 1245 şüşə pivə içərək dünya rekordu müəyyənləşdiriblər.
Ziyafətdə 55 nəfər iştirak edib. Rekord Mayorkada qeydə alınıb.
Alman turistlər səhər saat 10-da yerli bara gəliblər və naharadək pivə içiblər.
62 yaşlı iş adamı və rekordun iştirakçısı Kay Uve Kahmann bildirib ki, adətən o qədər içmir, amma bu dəfə öz qaydalarından kənara çıxmağı qərara alıb.
Lakin həmin gün axşam saat yeddidə artıq yatıb. Bununla belə, alman iddia edir ki, ertəsi gün çox gümrah oyanıb və başağrısı hiss etməyib.
Mənbə: gazeta.ru
www.RIA24.az