Rusiyanın Novosibirsk vilayətinin sakinləri qunduzların aktivliyindən əziyyət çəkirlər. Belə ki, gəmiricilər Qryaznuşka çayı üzərində bəndlər tikiblər. Nəticədə çay məcrasını dəyişib və kəndi rayon mərkəzi ilə birləşdirən yeganə yolu su basıb.
Qunduzların “dəcəlliyinin” nəticələrini aradan qaldırmaq isə daha böyük mənfiliklərə gətirib. Belə ki, işçilər suyun çəkilməsi üçün bəndləri dağıtmağa başlayıblar. Lakin ekskavator bataqlığa düşüb. Texnikanın ardınca elektrik xəttinin dayağı da dağılıb. İki qonşu kənd işıqsız qalıb.
Bununla bağlı kadrları paylaşan sakin qunduzların onlarla mübarizədə 1:0 öndə olduğunu dilə gətirib.
Xoşbəxtlikdən hekayə yaxşı sonluqla bitib və çayı öz köhnə məcrasına qaytarmaq mümkün olub, işıq verilişi bərpa edilib.
Mənbə: News.ru
www.RIA24.az