Hakan Fidanın Antoni Blinkeni qucaqlamaqdan imtina etməsinin səbəbi məlum oldu – VİDEO

Maraqlı


Türkiyənin xarici işlər naziri Hakan Fidanın ABŞ dövlət katibi Antoni Blinkeni qucaqlamaqdan imtina etməsinin səbəbləri ortaya çıxıb.

Məlum olub ki, Türkiyə XİN başçısı ABŞ diplomatiyasının rəhbərinin bir qədər əvvəl göstərdiyi nəzakətsizliyə görə belə davranıb.

Belə ki, Blinkenin maşını Xarici İşlər Nazirliyinin qapısına çatanda Hakan Fidan hər qonaq naziri qarşıladığı kimi aşağı enərək nazirliyin qapısı önündə dayanıb. Ancaq həmin vaxt telefonla danışan Blinken maşından düşməyib. Bunu görən Fidan geri, binanın içinə qayıdıb.

Beləliklə, diplomatik nəzakətsizlik nümayiş etdirən Blinkeni içəridə qarşılayan Fidan ABŞ dövlət katibinin onu öpmək cəhdini də rədd edib.

Xatırladaq ki, dünən Blinken türkiyəli həmkarı Hakan Fidanla görüşmək üçün Ankaraya səfər edib. ABŞ-nin dövlət katibinin Türkiyə XİN rəhbəri tərəfindən soyuq qarşılanması bütün dünya mediasında böyük marağa səbəb olub.

Mənbə: Hurriyet.com.tr

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir