Türkiyəli qadın 40 il əvvəl şiddət gördüyü ərindən əvəz çıxır: “Artıq əlimə düşmüsən…” – FOTO

Maraqlı


Türkiyədə vaxtilə əri tərəfindən şiddətə məruz qalan, indi isə həyat yoldaşının xəstələnməsindən sonra bunun əvəzini çıxan qadının hekayəsi gündəm olub. Məlumata görə, şizofreniya xəstəsi olan atalarına rəftara dözə bilməyən övladlar onun qəyyumluğunun analarından alınması üçün məhkəməyə müraciət ediblər.

Analarının atalarını vecinə almadığını, onları daim təhqir etdiyini, bəzi daşınmaz əmlaklardan kirayə gəlirləri ilə yanaşı, pensiyasının da daxil olduğu əmlaklarını ədalətsiz idarə etdiyini bildirən Halil Özdemir və iki bacısı məhkəmədə altı iddia qaldırıblar.

Hadisə Adanada baş verib. 

Bildirilir ki, özünün dördmərtəbəli evində yaşayan dörd uşaq atası 67 yaşlı Cabbar Özdemirin qəyyumluğu 10 il əvvəl həyat yoldaşı, 57 yaşlı Güngör Özdəmirə verilib. İddiaya görə, həyat yoldaşı ilə ciddi fikir ayrılığı olan Güngör Özdemir Cabbar Özdemiri evin birinci mərtəbəsindəki baxımsız mənzilə yerləşdirib və ona ancaq yemək verməklə kifayətlənir.

Analarından qəyyumluğun bir an əvvəl alınaraq onlara verilməsini və ya lazım gələrsə, dövlətə keçməsini istəyən 42 yaşlı Halil Özdemir anasının mütəmadi olaraq atasına psixoloji təzyiq etdiyini deyib:

“Biz buna qarşı olduğumuz üçün anam bizə də düşmənçilik edir. Biz anamın evinin birinci mərtəbəsində yaşayırıq. Uşaqlarım eyvana çıxanda onların başına su tökür, onlara ayaqqabı atır, söyüş söyür”.

H.Özdemirin sözlərinə görə, anası atasının ona qarşı 40 il əvvəl göstərdiyi şiddəti xatırladır və qisas alır:

“Anam keçmişi xatırladaraq, onunla pis rəftar edir, “artıq əlimə düşmüsən, bundan sonra sənə nə edəcəyimi bilirəm” kimi sözlər deyir. Ən qısa zamanda tədbir görülməsini istəyirik. Əslində, anam ürəyi yumşaq insandır, amma məncə, o, artıq yaxşı düşünə bilmir və müalicə olunmalıdır”, – deyə oğlu bildirib.

Güngör Özdemir isə iddialarla bağlı açıqlama verməyib.

Mənbə: Haber Global

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir