Floridada (ABŞ) ovçular 90 kiloqram ağırlığında nəhəng tünd pələng pitonunu tutublar.
Bildirilir ki, bu, ştatda indiyədək aşkar edilmiş ən böyük ilandır.
Beş metr uzunluğunda olan pitonun tutulmasına beş nəfərdən ibarət qrup cəlb edilib. İlanın mədəsində maral qalıqları tapılıb.
Tünd pələng pitonları Floridada invaziv bir növdür. Onlar yerli fauna üçün təhlükə yaradır, çünki onlar iri heyvanları yeyə bilir, bununla da ekosistemi dəyişir və biomüxtəlifliyi pozur.
Mənbə: RT
www.RIA24.az