“Amazon Web Services” 2022-ci ildə Niderlandın Haarlem şəhərində yeni ofis sahəsini təqdim edib, lakin sosial şəbəkə istifadəçilərini bir gözlənilməz fakt heyrətləndirib: ofis keçmiş həbsxananın içərisində yerləşir.
Bununla bağlı “Amazon” şirkətinin əməkdaşı “TikTok” hesabında binadan video-ekskursiya paylaşıb.
Qeyd edək ki, De Kepel həbsxanası bağlandıqdan sonra qısa müddət ərzində qaçqın statusu almaq istəyən suriyalı miqrantlar üçün sığınacaq kimi istifadə edilib.
“Amazon” həbsxananın üçüncü mərtəbəsindən istifadə edir. Burada həbsxana kameraları ofis otaqlarına çevrilib, müəyyən şəxslər üçün isə ümumi masalar nəzərdə tutulub.
Videoda “AWS” loqosu olan bir neçə keçmiş həbsxana kamerası göstərilir. “TikTok” istifadəçisi yazıb ki, içərisi ofis mebeli və stullarla doldurulmuş kameralar iclas otaqları kimi istifadə edilir.
Mənbə: mentoday.ru
www.RIA24.az