Rusiyanın Stavropol şəhərində yerli usta “yeriyən dayanacaq” icad edib.
İxtiranın müəllifi və bir neçə yol yoldaşı “dayanacağa minərək” şəhərin küçələrində gəzməyə başlayıblar.
Lakin bu gəzinti uzun müddət davam etməyib. Çünki “yeriyən dayanacaq” cərimə meydançasına göndərilib, onun yaradıcısı isə 15 min rubl cərimə ilə “mükafatlandırılıb”.
Yol polisi əməkdaşlarının sözlərinə görə, bu, ixtiraçının ilk özüyeriyən cihazı deyil.
Mənbə: Gazeta.ru
www.RIA24.az