“Ferrari”yə sayılan pul onu dünyanın ikinci ən bahalı avtomobili etdi – FOTO

Maraqlı


Nyu-Yorkda (ABŞ) keçirilən hərracda 1962-ci il istehsalı olan “Ferrari 250 GTO” yarış avtomobili rekord məbləğə – 51,7 milyon dollara satılıb.

Bu barədə “Sotheby’s” hərrac evinin saytında məlumat verilib.

Ancaq avtomobilin yeni sahibinin adı açıqlanmır.

Bildirilir ki, bu maşın 1962-ci ildə 24 saatlıq Le Man (“24 Heures du Mans”) marafonunda iştirak edib. Onu britaniyalı sürücü Mayk Parkes və “Scuderia Ferrari” komandasından italyan Lorentso Bandini idarə edib.

1974-1985-ci illərdə avtomobilin sahibi “Ferrari Club of America” təşkilatının sədri olub. Son 38 il ərzində isə avtomobil ABŞ-də bir kolleksiyaçıya məxsus olub.

“Ferrari 250 GTO” avtomobil auksionları tarixində ikinci ən bahalı lot olub. Hazırda rekord 2022-ci ildə 135 milyon avroya satılan “Mercedes-Benz 300 Uhlenhaut Coupe”a məxsusdur.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir