Avstraliya sahillərində okeandan üzərək sahilə çıxan və dünyanın ən təhlükəli quşu kimi tanınan dəbilqəli kasauri çimərliyə istirahətə gələnlərə qorxulu anlar yaşadıb.
Hadisə şahidlərindən biri bu hadisəni lentə ala bilib.
Kadrlarda iki metrlik quşun yavaş-yavaş sahilə doğru üzməsi və sahilə çıxması əks olunub.
Şahidlər nəhəng quşu uzaqdan “Ness Gölü bədheybəti”nə (“Loch Ness Monster”) bənzətdiklərini buna görə də bərk həyəcan keçirdiklərini bildiriblər.
Qeyd edək ki, kasaurilər hündürlüyü 1,5 m-ə çatan və çəkisi 80 kq-a qədər olan qanadsız quşdur. Onların ayaqları çox güclü və qalındır, bu da saatda 48 km sürətlə qaçmalarına imkan verir. Quşun 120 mm uzunluğunda xəncər şəkilli caynağı xüsusilə təhlükəlidir, çünki o, bir zərbə ilə öldürə bilər. Qeyd edək ki, dünyanın ən təhlükəli quşunun adam öldürdüyü hallar məlumdur.
Mənbə: Lenta.ru
www.RIA24.az