İmperator I Napoleon Bonapartın ikikünclü şlyapası (bikorn) Fransanın Fontenblo şəhərində keçirilən hərracda rekord qiymətə – təxminən 2 milyon avroya (təxminən 3,6 milyon manata – red.) satılıb.
Bu barədə noyabrın 19-da “Osenat” hərrac evi məlumat yayıb.
“Uzun müddət çəkən hərracdan sonra İmperator Napoleonun şlyapası bir milyon 932 min avroya satıldı”, – deyə hərracın təşkilatçıları bildiriblər.
Bu məbləğ Napoleonun əşyalarının kolleksiyası üçün rekord olub. Hərrac başlamazdan əvvəl papaq 600-800 min avro (təxminən 1,1-1,2 milyon manat – red.) dəyərində qiymətləndirilib. Bu günə qədər Napoleonun ən bahalı əşyası 2014-cü ildə hərracda Cənubi Koreyalı bir iş adamının 1,8 milyon avroya (təxminən 3,32 milyon manat – red.) aldığı digər şlyapası hesab olunurdu.
Bu dəfə hərraca çıxarılan şlyapa təxminən 1810-cu ilə aiddir və deyilənə görə, imperator onu Elba adasından qaçarkən “Inconstant” gəmisinin göyərtəsində geyinib.
Verilən məlumata görə, satılan şlyapa 19-cu əsrə qədər imperator sarayının intendantı polkovnik Pyer Bayonun ailəsində saxlanılıb. Polkovnikin nəvəsi isə onu dijonlu antikvar alış-verişi ilə məşğul olan şəxsə satıb.
Mənbə: regnum.ru
www.RIA24.az