ABŞ prezidentinin seçki qərargahı gülməli vəziyyətə düşüb – VİDEO

Maraqlı


Ağ Ev rəhbəri Co Baydenin ahıl yerişi bu gün ABŞ liderinin seçki qərargahını narahat edən ən ciddi məsələyə çevrilib.

Bu barədə “Politico” öz mənbələrinə istinadla xəbər verib.

Bildirilir ki, ABŞ prezidentinin yaşı demokratları çox narahat edir (yeri gəlmişkən, bu gün Baydenin 81 yaşı tamam olur). Onlar Baydenin seçki qərargahından Ağ Ev rəhbərinin populyarlığına təsirini neytrallaşdıracaq strategiya hazırlamağı tələb edirlər.

Məqalədə vurğulanır ki, Baydenin yerişi ilə yanaşı onun tez-tez yıxılması da demokratların narazılığına səbəb olub. Bu səbəbdən 81 yaşlı prezidentin ətrafındakılar ona rəsmi ayaqqabılarını daha rahat ayaqqabılarla dəyişməyi, həmçinin kameraya çəkilən zaman yalnız qısa məsafələri gəzməyi təklif edirlər.

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir