Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində narkotikin təsiri altında olan yerli sakin bir saatdan çox yaşayış binalarının damları arasında uzanan elektrik naqillərinin üzəri ilə xilasedicilərdən və polisdən qaçıb.
Hadisə şahidlərinin bununla bağlı çəkdiyi kadrlar sosial şəbəkələrdə yayılıb.
Maraqlıdır ki, qaçaq ayaqyalın və əlcəksiz olub.
Təqiblərdə üç polis qrupu və xilasedicilər iştirak ediblər. Nəhayət, evlərin birində gənc saxlanılaraq təcili tibbi yardım maşınına təhvil verilib.
“Onun təxminən 20 yaşı var. O bu qədər gücü haradan alır? Bizə deyildi ki, o, hansısa preparatın təsiri altında olub”, – deyə xilasetmə xidmətindən bildirilib.
Mənbə: Lenta.ru
www.RIA24.az