ABŞ-nin Missuri ştatında həkimlər bir kişinin bağırsaqlarında diri milçək tapıblar.
Həşərat kolonoskopiya zamanı aşkar edilib.
63 yaşlı kişi xəstəxanada planlı müayinədən keçib. Kolonoskopiya prosedurundan əvvəl ona pəhriz saxlamaq, bağırsaqlarını təmizləmək və kifayət qədər maye qəbul etmək tövsiyə olunub.
ABŞ-nin Missuri Universitetinin Tibb fakültəsinin həkimləri kişinin bağırsaqlarını müayinə edib, beş kiçik polip çıxarıblar. Bu zaman onun yoğun bağırsağında yad cisim, vızıldayan milçək də aşkar ediblər.
Həkimlər həşəratın xəstənin bədəninə bir gün əvvəl yediyi salatla birlikdə daxil olduğunu təxmin ediblər.
Mənbə: The Sun
www.RIA24.az