Paşinyanın hökumət evində çıxışı zamanı işıqlar söndü – VİDEO

Maraqlı


Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət evində çıxışı zamanı işıqlar sönüb.

Ermənistan mediasında bununla bağlı kadrlar yayılıb.

Paşinyan işıqlar yandırıldıqdan sonra Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanı tənqid edib.

“Mən elə bu barədə danışırdım. Ölkədə elektrik enerjisi keyfiyyətsizdir, hətta dövlət binalarında belə, idarələrdə işıqlar daim sönür”, – deyə o bildirib.

Hökumət başçısı mütəmadi olaraq elektrik enerjisinin keyfiyyətinin yaxşılaşdırılmasından danışıldığını, amma məsələnin hələ də həllini tapmadığını deyib.

“10 il ərzində eyni göstərişi nə qədər vermək olar?” – deyə o iradını bildirib.

Qeyd edək ki, Paşinyan beş il yarımdır vəzifədədir.

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir