İspaniyada “KFC fast food” şəbəkəsinin nümayəndəliyi son dərəcə qəribə məhsul ilə gündəm olub. Belə ki, şirkət qızartma toyuq budu dadında “Eau D’uardo” ətrini buraxmağa hazırlaşır.
Flakonu toyuq ayağını xatırladan ətir “Eau D’uardo” adlanır və “şirin bibər notları ilə qızardılmış toyuğun ləziz qoxusu” kimi təsvir edilir.
Ətir barədə əlavə məlumat verilməyib.
Mənbə: “Sliva/İrkutsk” “Telegram” kanalı
www.RIA24.az