COVID məhdudiyyətlərinə ciddi əməl edən insanların psixi sağlamlıqları pozulub

Maraqlı


Pandemiya zamanı anti-COVID məhdudiyyətlərinə daha ciddi əməl edən insanların hazırda psixi sağlamlıqları daha pis vəziyyətdədir.

Bu barədə alimlərin Uelsdə karantin zamanı 1700-ə yaxın insanın davranışını təhlil etdiyi yeni araşdırmasına istinadən məlumat yayılıb.

Alimlər aşkar ediblər ki, COVID-19 məhdudiyyətlərinə ciddi riayət olunduğunu bildirən insanların normal fəaliyyətlərini bərpa etmək ehtimalı daha azdır. Tədqiqatçılar həmçinin respondentlərin cavablarını yoxlamaq üçün sorğu iştirakçılarının 230 dostu və ya qohumu ilə müsahibə aparıblar.

Banqor Universitetinin Elit İş Psixologiyası İnstitutundan (IPEP) doktor Marli Villegers pandemiya zamanı ciddi məhdudiyyətlərdən və özünütəcrid tələblərindən sonra heç kimin karantindən təhlükəsiz çıxış və normal həyata qayıtmaq üçün kampaniya aparmadığını bildirib. Nəticədə, bir çox insanlar karantin prinsipləri ilə yaşamağa davam edir, bu da onların ruhi sağlamlığına xələl gətirir.

Mənbə: octagon.media

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir