Rusiyada Moskva-Adler qatarının sərnişinləri dəhşətli kadrlar qeydə alıblar. Belə ki, qatar dənizin dağıtdığı yolla hərəkət edib.
Videodan görünür ki, bəzi yerlərdə relslər tamamilə dağılıb, bəzi yerlərdə isə şpallar yuyulmuş yerin üstündə havada asılı qalıb.
Xatırldaq ki, Rusiyada hazırda əlverişsiz hava hökm sürür, Krasnodar diyarının Soçi şəhəri isə daşqınlara məruz qalıb. Məlumata görə, hündürlüyü dörd metrə çatan dalğalar sahili aşaraq çoxmərtəbəli yaşayış binalarının olduğu ərazilərə dolub. Üstəlik, meteoroloqlar fırtınanın pik nöqtəsinin hələ qarşıda olduğunu bildiriblər.
Mənbə: “Lenta dnya” “Telegram” kanalı
www.RIA24.az