ABŞ-də doğulmuş həkimə 61 il əvvəl səhv edildiyi deyildi, vətəndaşlıqdan məhrum olundu – FOTO

Maraqlı


Dövlət Departamenti ABŞ-də dünyaya göz açmış həkimə bildirib ki, ona 61 il əvvəl səhvən vətəndaşlıq verilib. Şimali Virciniyadan olan Siyavaş Sobhani pasportdan məhrum edilib. O, qərar barədə pasportunu yeniləmək istəyərkən öyrənib.

Həkimin sözlərinə görə, fevral ayında yeni pasport almaq üçün müraciət edərkən, hər hansı bir çətinliklə qarşılaşacağını gözləməyə heç bir əsası olmayıb. O, ABŞ-də doğulub, təhsil alıb və 30 ildən artıq tibb sahəsində işləyib. Departamentin qərarı onun üçün şok olub.

“Mən ömrüm boyu burada yaşamışam. Vergi ödəmişəm, prezidentlərə səs vermişəm, Şimali Virciniya xalqına xidmət etmişəm. COVID-19 dövründə mən özümü və ailəmi riskə atsam da, işdə idim”, – deyə o bildirib.

ABŞ qanunlarına görə ölkədə doğulan onun vətəndaşı ola bilər. İstisna diplomatların övladlarıdır. Həkim Siyavaş Sobhaninin atası iranlı diplomat olub.

Dövlət Departamenti həkimə daimi yaşayış icazəsi üçün müraciət göndərməyi təklif edib. Sobhani də müraciət edib. Ancaq o, işinə dəqiq nə vaxt baxılacağını bilmir. Həkimin sözlərinə görə o, məhkəmə xərclərinə artıq 40 min dollar xərcləyib.

Qeyd edək ki, ABŞ hakimiyyətinin şübhəli vətəndaşları pasportdan məhrum etməyə başladığını bəyan edib. Söhbət ABŞ-də doğulduğunu sübut edə bilməyən amerikalılardan gedir.

Mənbə: The Washington Post

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir