Kemerovo şəhərindəki Tom çayında su qan rəngini alıb.
Bu barədə Kemerovo vilayəti üzrə İstintaq İdarəsinin mətbuat xidməti xəbər verib.
Bildirilir ki, Cinayət Məcəlləsinin suyun çirklənməsi ilə bağlı maddəsi ilə yoxlamalara başlanılıb. İlkin məlumatlara görə, rəngini dəyişmə bu gün müəyyən olunub.
Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.
İstintaq Komitəsi hadisənin baş vermə şəraitini müəyyən etmək üçün işlərə başlayıb. İstintaq qrupu və Rusiyada “Rospotrebnadzor” idarəsinin (İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) regional şöbəsinin əməkdaşları hadisə yerinə gedib. Vəziyyətin yoxlanılmasının nəticələrinə əsasən onlar hüquqi qiymət verəcək, lazım gəldikdə isə müstəntiqlər prosessual qərar qəbul edəcəklər.
Mənbə: Kuzpress.su
www.RIA24.az