Moda sənayesində istehlakçı davranışının təhlili ilə məşğul olan “Lyst” platformasının mütəxəssisləri 2023-cü ildə dünyada ən populyar moda brendinin adını açıqlayıblar.
Araşdırmaya görə, lider mövqeyi yenə də İtaliya brendi “Miu Miu” tutub. Eyni zamanda, ötən illə müqayisədə brendlə bağlı axtarış sorğularının sayı 39 faiz artıb.
Məlum olub ki, brendin ən məşhur geyimləri arasında üzərində şirkətin loqotipi olan kardiqan (jaket) və “baletka” (xüsusi ayaqqabı) üstünlük təşkil edir.
Mənbə: Lenta.ru
www.RIA24.az