Rusiyalı reabilitasiya həkimi Sergey Aqapkin yaddaşı möhkəmləndirmək üçün xarici dilləri öyrənməyin xeyri olduğunu bildirib.
Həkim yaddaşın pisləşməsinin qarşısını almaq üçün yeni dil öyrənməyi məsləhət görüb: “Əgər bir nəfər fransız dilini öyrənibsə, o zaman çin dilini öyrənməyin xeyri olacaq”.
Aqapkin gündə yarım saat və ya bir saat yeni dil öyrənməyə sərf etməyi tövsiyə edib. O, həmçinin vurğulayıb ki, daha yaxşı nəticələr əldə etmək üçün bunu gəzinti və ya hər hansı digər fiziki fəaliyyətlər də faydalıdır.
“Yaddaş sözün əsl mənasında iki həftə ərzində yaxşılaşmağa başlayır”, – deyə mütəxəssis qeyd edib.
Mənbə: Lenta.ru
www.RIA24.az