“Muhteşem Yüzyıl” serialında Hürrem sultan rolu ilə bir çox ölkələrdə özünə pərəstişkar qazanmış türkiyəli aktrisa Məryəm Üzərli Səudiyyə Ərəbistanında keçirilən Qırmızı dəniz Beynəlxalq Film Festivalına qatılıb. O, tədbir üçün geyindiyi qırmızı atlas geyimlə göz qamaşdırıb, elə həmin parçadan baş örtüyü isə xüsusi şıq görünüş verib.
Məryəm Üzərli tədbirdə Hollivud ulduzu Uill Smitlə də görüşüb.
Oxu.Az-ın məlumatına görə, aktrisa bununla bağlı səmimi görüntülərini özünün sosial şəbəkə hesabından paylaşıb.
Qeyd edək ki, Üzerlinin geyimindən fərqli olaraq üzündə apardığı kosmetik prosedurlar pərəstişkarları tərəfindən bəyənilməyib. Onların sözlərinə görə, aktrisa gözəl görünsə də artıq individuallığını itirib.
www.RIA24.az