Evdə pişiyin olması dəhşətli xəstəliyinə tutulma riskini artırır

Maraqlı


Avstraliyalı alimlər evdə tüklü dostlarımızın olmasının şizofreniya riskini artırdığını müəyyən ediblər.

Məlumata görə, Kvinslend Universitetinin tədqiqatçıları 11 ölkədən məlumat toplayıb və 17 araşdırma aparıblar ki, son 44 ildə bu psixi pozğunluqdan əziyyət çəkənlər pişiklərlə yaşayıb və ya sadəcə onlarla təmasda olublar.

Alimlərin fikrincə, bütün bunlar ev heyvanlarında yaşayan “Toxoplasma gondii” paraziti ilə bağlıdır. Bu parazit oyun zamanı dişləmə yolu ilə insan orqanizminə daxil olur. Daha sonra parazit mərkəzi sinir sisteminə daxil olaraq beyindəki neyrotransmitterlərə təsir edib. Bu da insanları ruhi xəstəxanaların xəstələrinə çevirib.

Amerikalı həkimlər bu məlumatları təkzib etməyə çalışıblar. Onlar 345 insan üzərində araşdırma apardıqlarını və evdə pişik saxlamağın şizofreniya ilə bir əlaqəsini müəyyən etmədiklərini bildiriblər. Amma sonra müəyyən ediblər ki, dişləmə faktorunu nəzərə almayıblar və necə deyərlər, sözlərini geri götürüblər. Sonra isə hər kəsə sevimli ev heyvanlarını baytara apararaq, parazitlərə qarşı yoxlatmağı tövsiyə ediblər.

Mənbə: “Mash” “Telegram” kanalı

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir