Şimali Koreya lideri Kim Çen In Ümumrespublika Analar Qurultayında ağlayıb. Kadrlar sosial şəbəkələrdə sürətlə yayılıb.
Məlumata görə, o, ölkə qadınlarına müraciət edərək demoqrafik problemin həllinə köməklik göstərməyə və çoxlu uşaq dünyaya gətirməyə çağırıb. Bundan sonra isə göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, tədbir zamanı KXDR lideri ümumilikdə koreyalı qadınlara uşaqların gələcəkdə “inqilab məşəlini əllərində möhkəm daşıya bilməsi” və həmçinin, son vaxtlar artan qeyri-sosialist hadisələrin aradan qaldırılması üçün düzgün tərbiyə verməyi tapşırıb.
Mənbə: MK.ru
www.RIA24.az