Monreal şəhər merinin konfransda halı pisləşdi – VİDEO

Maraqlı


Kanadanın Monreal şəhərinin meri Valeri Plantın mətbuat konfransı zamanı vəziyyəti pisləşib və huşunu itirmək üzrə olub.

Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb. 

Hadisə merin şəhərin evsiz əhalisi ilə bağlı sualı cavablandıran zamanı baş verib. Plant qəfildən susub, sonra, ehtimal ki, yıxıla biləcəyini anlayıb yerdə oturub. 

Hadisə yerinə dərhal təcili yardım çağırılıb, ona ilkin tibbi yardım göstərilib, ancaq xəstəxanaya aparılmasına ehtiyac olmayıb.

Sonradan merin vəziyyətinin düzəldiyi bildirilib.

Mənbə: Vancouverok.com

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir