Məşhur yazıçı Coan Roulinqin “Harri Potter” əsərindəki “görünməzlik plaşı” artıq reallığa çevrilib.
Belə ki, Çin Elmlər Akademiyasının akademiki Çu Tsuzhao xüsusi texnologiyalar və materiallardan istifadə etməklə görünməzlik effektinin necə əldə oluna biləcəyini nümayiş etdirib. Onun plaşa bənzər materialdan hazırladığı nümunə izləyən hər kəsi heyrətə gətirib.
“Mən sizə bütün məsuliyyətimlə deyirəm ki, bu sehr deyil, elmi üsuldur. Gələcəkdə “Harri Potter”in “görünməzlik plaşı” gündəlik qarderob əşyasına çevriləcək”, – deyə alim bildirib.
Akademik həmçinin gələcəkdə daha çox məxfiliyə malik görünməz otaqlar, görünməz eşitmə cihazları və s. kimi həyatımıza təsir edəcək əşyaların hazırlanacağına ümidini bildirib.
Mənbə:İttifakgazetesi.com
www.RIA24.az