Fransalı fermerlər peyin iğtişaşlarını davam etdirirlər. Kənd təsərrüfatı birlikləri artan vergi və rüsumlara etiraz olaraq Bretan bölgəsindəki şəhərlərdə nümayişlər təşkil ediblər. Regionun paytaxtı Rennə traktorlar gətirilib və oradan yerli administrasiya binaları peyin atəşinə tutulub.
Bununla bağlı kadrları təqdim edirik.
Qeyd edək ki, Fransada ötən aydan peyin etirazları davam edir. Belə ki, aksiyaçılar hökumət binalarının, o cümlədən bankların və maliyyə qurumlarının qarşısına kompost (orqanik gübrə) və peyin tökürlər. Fermerlər bu yolla enerji və gübrələrin bahalaşması fonunda vergi və rüsumların davamlı olaraq artmasına öz hiddətlərini bildirirlər.
Mənbə: “Pul” “Telegram” kanalı
www.RIA24.az