ABŞ-də insanlar bir gündə 60 milyard dollar xərclədilər

Maraqlı


ABŞ-də rekord qıran “Qara cümə” (“Black Friday”) günündə təxminən 200 milyon amerikalı alış-veriş edib.

Bu barədə ABŞ Pərakəndə Ticarət Federasiyasından (NRF) məlumat verilib.

Məlumata görə, istehlakçıların hər biri orta hesabla 321 dollar xərcləyib, ümumilikdə xərclənən pulun məbləği isə 60 milyard dolları keçib.

NRF prezidenti Metyu Şay bildirib ki, başçılıq etdiyi qurum noyabrın əvvəlindən dekabrın sonuna kimi xərclərin 3-4 faiz artacağını proqnozlaşdırıb.

“İstehlakçılar hələ də aktivdirlər və bunun davam edəcəyini gözləyirik”, – deyə o qeyd edib.

Alış-veriş edilən ən populyar beş məhsul isə geyim (alıcıların 49 faizi), oyuncaq (31 faiz), hədiyyə kartı, kitab, video oyun və digər media və fərdi qulluq məhsulları olub.

Mənbə: Haber Global

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir