Alimlər valideynlərin bildiyi, amma əməl etmədiyi təhlükə barədə ciddi xəbərdarlıq səsləndirdilər

Maraqlı


Smartfondan gündə dörd saatdan çox istifadə etmək psixi sağlamlığa mənfi təsir göstərir.

Bu barədə koreyalı alimlər 40 mindən çox yeniyetmə üzərində araşdırmadan sonra açıqlama veriblər.

Bildirilib ki, belə uşaqlarda stress, yuxu pozğunluğu və depressiv simptomlar daha yüksəkdir. Bundan əlavə, elm adamları intihar düşüncələri, zərərli vərdişlər, narkotik istifadəsi və piylənməni qeyd etdilər.

Əvvəllər ekran vaxtı gündə iki-üç saata qədər məhdudlaşdırılması tövsiyə edilirdi, lakin adətən uşaqların yaşını və yaşla dəyişən sosial aktivliyini nəzərə alınmırdı. Yeni araşdırma göstərir ki, yeniyetmələr arasında gündəlik smartfon istifadəsi üçün hədd dörd saatdır.

Ancaq bu standartları aşan insanların nisbəti də durmadan artır.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir