Soyuqdəymənin müalicəsi zamanı buraxılan dörd əsas səhv açıqlandı

Maraqlı


İnsanlar çox vaxt kəskin respirator virus infeksiyaları (KRVİ) və qripdə özünümüalicə ilə məşğul olurlar, çünki onlar artıq mövsümi soyuqdəymələrə öyrəşiblər. Ancaq pandemiyadan sonra bütün dünyada KRVİ, qrip və COVID-19-un paralel dalğası var. Belə şəraitdə dəqiq diaqnoz qoyulmadan özbaşına müalicə etmək olmaz.

Bu barədə rusiyalı həkim Aleksandr Lavrişov soyuqdəymə zamanı buraxılan məşhur səhvlər barədə danışarkən bildirib.

Həkim ilk səhvlərdən biri kimi vaksinlərə qarşı qorxu və ya inamsızlığı göstərib. Həkim qeyd edib ki, vaksin sağaltmır, o sadəcə immunitet sistemini gücləndirir və bu prosedur istənilən vaxt həyata keçirilə bilər.

Lavrişev daha sonra vurğulayıb ki, bu gün soyuqdəymə üçün universal antiviral dərman yoxdur.

“Qrip və koronavirus üçün ayrıca dərmanlar var. Bununla belə bu preparatlar bütün virusları məhv etmir, ancaq konkret viruslarla mübarizə aparır”, – deyə terapevt izah edib.

Həkim həmçinin qan testi və həkim resepti olmadan, xüsusən də profilaktika məqsədilə antibiotik qəbul etməməyə çağırıb.

Bundan başqa ümumi zəiflik olduqda yüksək hərarətə dözməkdən çəkindirib.

Sonda Lavrişov soyuqdəymə zamanı buraxılan daha bir səhvə işarə edib.

“Çox vaxt hamilə qadınlar körpəyə zərər verəcək mifi ilə əlaqədar dərman qəbul etmirlər. Ancaq bu gün KRVİ-yə qarşı hamilə qadınların qəbul edə biləcəyi çox sayda dərman var”, – deyə o, sözlərini yekunlaşdırıb.

Mənbə: News.ru 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir