Şahzadə Diananın 1985-ci ildə geyindiyi libası hərracda 1,14 milyon dollara (1,93 milyon manat) satılıb.
Bu məbləğ moda sənayesi üçün rekord göstəricidir və təxmin edilən dəyərdən 11 dəfə yüksəkdir.
Söhbət “balerina” uzunluğunda qara məxmər ziyafət paltarından gedir. Libas çiyin yastıqları, mavi orqanza ətək, böyük bant və kəmər ilə komplektdən ibarət idi.
Paltar modelyer Jak Azaqurinin komandası tərəfindən hazırlanıb.
Uels şahzadəsi onu ilk dəfə 1985-ci ildə əri Şahzadə Çarlzla İtaliyada turnedə olarkən geyinmişdi. Həmçinin 1986-cı ildə Vankuver Simfonik Orkestrinin qarşısında da o, bu geyimdə olub.
Geyim əvvəlcə 100 min dollar (170 min manat) dəyərində qiymətləndirilirdi.
Bundan əvvəlki “rekordçu” Diananın 1991-ci ildə geyindiyi və 604 800 dollara (1,02 milyon manat) dollara satılan məxmər paltarı olub.
Mənbə: Mir24 TV
www.RIA24.az