ABŞ-li müğənni Teylor Svift 2024-cü ildə prezident seçkisi zamanı Co Bayden üçün faydalı ola bilər.
Bu barədə Boulinq-Qrin Dövlət Universitetinin politologiya üzrə professoru Devid Cekson fikir bildirib.
Onun fikrincə, Teylor Svift gəncləri indiki dövlət başçısının xeyrinə yönləndirmək iqtidarındadır.
Devid Cekson qeyd edib ki, müğənni olduqca populyardır və digər ictimai xadimlərin kifayət qədər dəstəyinə malikdir.
Professorun sözlərinə görə, öz xalqı üçün o, etibarlı insandır, çünki son bir neçə ildə siyasi aktivliyinin artmasına baxmayaraq siyasi mövzularda nadir hallarda danışıb.
“Əgər o, Bayden üçün kampaniya aparsa, ona gənc seçicilərlə bağlı kömək edə bilər. Bəzi sorğuların göstərdiyi kimi, məhz bu kateqoriyadan olan vətəndaşlar baxımından Baydenin köməyə ehtiyacı var”, – deyə politoloq vurğulayıb.
Mənbə: MK.ru
www.RIA24.az