Türkiyəli aktrisa, daha çox “Eşkiya dünyaya hükümdar olmaz” (EDHO) serialında Didem Façalı və “Yaralı Kuşlar”da Meryem rolu ilə sevilən Gizem Arıkan Bakıdadır.
Oxu.Az-ın məlumatına görə, gənc ulduz bununla bağlı özünün sosial şəbəkə hesabından paylaşım edib.
Kadrlarda aktrisanın paytaxtın müxtəlif ərazilərində gəzməsi əks olunub.
Görüntülər aktrisanın pərəstişkarları tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Gizem Arıkan həmçinin “Çocuklar Duymasın”, “Aile Şirketi”, “İçimizdeki Ateş” və s. seriallardakı rolları ilə də tanınır.
www.RIA24.az