ABŞ Prezidenti Co Bayden etiraf edib ki, o, vaxtilə “Porsche” avtomobilini saatda 275 kilometr sürətlə sürüb.
Bu barədə onun özü verilişlərin birində danışıb.
Prezidentin sözlərinə görə, səfər Məxfi Xidmətin özəl poliqonunda baş tutub. Bununla belə o, maşının modelini və hadisənin dəqiq nə vaxt baş verdiyini açıqlamayıb.
Qeyd edək ki, Bayden, həmçinin 1967-ci il istehsalı olan “Corvette C2” kabrioletinə sahibdir. Onun sözlərinə görə, bu avtomobildə o, saatda 212 kilometr sürət yığıb.
ABŞ prezidenti, həmçinin qeyd edib ki, o, 2,9 saniyədən az vaxta saatda 100 kilometr sürət yığa bilən yeni elektrik “Corvette”ini də sürmək istəyərdi.
Mənbə: “Lenta dnya” “Telegram” kanalı
www.RIA24.az