Rusiyanın səs-küylü “Slovo Patsana. Krov na asfalte” serialında “Demid” rolunun ifaçısı Sergey Bazanov Moskvanın Zamoskvoreçye Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.
O, 2011-ci ildə iş adamı Aleksandr Cabiyevin qətli ilə bağlı işdə şübhəli kimi tanınıb.
İstintaq müəyyən edib ki, aktyor Moskvada dörd nəfərdən ibarət cinayətkar qrupun üzvü olub. Hücum edənlər Cabiyevlə görüşüblər, ondan içərisində 900 min dollar olan çantasını almaq istəyiblər. Biznesmen müqavimət göstərib, qarşı tərəf də tapança ilə onun başına atəş açıb. Bundan sonra da pulu oğurlayıb qaçıblar. Soyğunçuların idarə etdiyi avtomobil hadisə yerinin yaxınlığında tərk edilmiş vəziyyətdə tapılıb. Yaralı biznesmen xəstəxanaya yerləşdirilsə də, sonradan dünyasını dəyişib.
Sergey Yeni ili istintaq təcridxanasında qeyd edəcək.
“Məhkəmə 2024-cü il fevralın 20-dək iki ay müddətinə həbs qətimkan tədbiri seçib”, – deyə Moskvanın Zamoskvoreçye Rayon Məhkəməsinin Mətbuat Xidməti xəbər verib.
Mənbə: Thevoicemag.ru
www.RIA24.az