Yaponiyada işsiz bir kişi 10 ildir ki, dörd arvad və iki sevgilisi ilə birlikdə yaşayır. Onun ən böyük arzusu isə 54 uşaq sahibi olmaqla rekord qırmaqdır.
35 yaşlı Ryuta Vatanaben Yaponiyanın şimalında yerləşən Hokkaydo adasında (Yaponiyada çoxarvadlılıq rəsmən qadağandır) yaşayır.
Bildirilir ki, dörd arvadın hər birinin ayrı otağı var, Vatanabe hər gün biri ilə qalır.
Bütün qadınlar ev işlərində bir-birinə kömək edir, uşaqlara və itlərə baxır.
Ailənin aylıq xərclərini qadınlar ödəyir, sevgililəri isə Vatanabenin özünə maddi yardım edir.
Qanundan yan keçmək üçün kişi qadınların hər biri ilə evlənib və boşanıb.
Bildirilir ki, hazırda Vatanabe daha bir həyat yoldaşı axtarır.
Mənbə: “PulN3” “Telegram” kanalı
www.RIA24.az