“Naringiləri qeyri-məhdud miqdarda yemək təhlükəli ola bilər”.
Bunu rusiyalı qastroenteroloq, tibb elmləri namizədi Yevgeni Belousov deyib.
O qeyd edib ki, naringilərin tərkibində həddindən artıq çox olan salisil turşusu dərinin qaşınmasına və qızarmasına səbəb ola bilər. Bundan əlavə, sitrus meyvələri güclü alergendir.
“Əgər bədəninizin bu xüsusiyyəti barədə bilirsinizsə, bayram günlərində riskə getməyə dəyməz”, – deyə E. Belousov bildirib.
“Böyüklər üçün norma gündə beş naringi, uşaqlar üçün isə daha az – cəmi iki ədəddir”, – deyə mütəxəssis əlavə edib.
Mənbə: gazeta.ru
www.RIA24.az