Ras-əl-Xayma əmirliyində Yeni il atəşfəşanlığı eyni anda iki kateqoriya üzrə – su üzərində və səmada ən uzun atəşfəşanlıq xəttinə görə “Ginnesin Rekordlar Kitabı”na düşüb.
Bu barədə əmirliyin Turizmin İnkişafı Departamentindən xəbər verilib.
Bildirilir ki, Ras Əl-Xayma Yeni ili heyranedici səkkiz dəqiqəlik atəşfəşanlıq və dron şousu ilə açıb. 1050 pirotexniki dron, su atəşfəşanlığı və akrobatikadan ibarət atəşfəşanlıq əmirliyin təbiət möcüzələrini – səhra, dəniz, dağları simvolizə edib.
Tədbir zamanı əvvəllər istifadə olunmayan texniki yeniliklərdən də istifadə edilib.
Pirotexniki şounu 50 mindən çox tamaşaçı izləyib.






Mənbə: Kp.ru
www.RIA24.az