Mask bəşəriyyətin çöküşünə gətirəcək daha bir böyük problemdən danışdı – FOTO

Maraqlı


Amerikalı biznesmen, “Tesla” və “Space X” şirkətlərinin sahibi Mask bəşəriyyətin ən böyük problemi barədə öz düşüncələrini bölüşüb.

Oxu.Az-ın məlumatına görə, bu barədə o, özünün “X” sosial şəbəkə hesabında bir paylaşımın şərhində söz açıb.

Belə ki, “DogeDesigner” ləqəbli istifadəçi bir neçə ölkədə, o cümlədən Yaponiya, Sinqapur, Vyetnam, İtaliya, Niderland, Cənubi Koreya və Çində doğum nisbətlərinin rekord həddə aşağı olduğu barədə hesabat yayımlayıb.

Mask onun paylaşımına cavab olaraq bildirib ki, bəşəriyyətin üzləşdiyi ən böyük problem demoqrafik çöküşdür.

Qeyd edək ki, daha əvvəl Mask dəfələrlə süni intellekt sahəsində aparılan tədqiqatları bəşəriyyət üçün əsas təhlükə adlandıraraq, bu cür tədqiqatların məhdudlaşdırılmalı olduğunu qeyd edib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir