ABŞ-də polis itkin düşmüş yeniyetməni “World of Warcraft” oyunu sayəsində tapıb. 16 yaşlı qız Floridada, 31 yaşlı Tomas Ebersolun evində tapılıb.
Bu barədə yerli hüquq mühafizə orqanından məlumat verilib.
Bildirilir ki, yeniyetməni qaçıran şəxsin evindəki kompüterindən qızın hesabına girilib. Bundan sonra qızın yerini izləmək mümkün olub.
Tezliklə səlahiyyətlilər Ebersolu saxlayıblar.
Araşdırma zamanı məlum olub ki, kişi zərərçəkmişi gizlətmək və gələcəkdə həyat yoldaşı etmək üçün başqa ştata aparıb. Kişinin sözlərinə görə, onlar virtual tanış olaraq eşq yaşayıblar, sonra Tomas sevgilisinin yanına gəlib və onu gizlicə aparıb.
Maraqlıdır ki, cütlük Ohayoda qalsaydı, Tomas problemlərdən qaça bilərdi: bu ştatda razılıq yaşı 16-dır, Mayamidə isə 18-dir.
Mənbə: Media.vkplay.ru
www.RIA24.az