56 yaşlı Britaniya sakini Darren Ebi yarış motosikletindən yan araba əvəzinə tabut olan sürətli cənazə maşını hazırlayıb.
Britaniyalı “Suzuki GSX-R1000” motosikletini dörd min funt-sterlinqə (təxminən 8,5 min manat – red.) alıb. Ümumilikdə, onun sözlərinə görə, layihəsinə 25 min funt sterlinq (54 min manat – red.) xərcləyib. İşin tamamlanması təxminən 2,5 il çəkib.
“Mən həmişə heç kimin etmədiyi bir şeyi etmək istəyirdim”, – deyə o bildirib.
Darren son 13 il ərzində dəfn mərasimlərinin təşkil edilməsi üzrə işləyib. O, meyitin motosikletdən düzəlmiş cənazə maşınında daşınması xidmətinin artıq məşhur olduğunu etiraf edib.
Mənbə: Daily Star
www.RIA24.az