“WhatsApp”dan yenilik: Eyni zamanda həm danışacağıq, həm də birlikdə videoya baxacağıq – FOTO

Maraqlı


“WhatsApp” yeni funksiya ilə istifadəçiləri sevindirməyə davam edir. Bu dəfə yenilik videozənglərlə bağlıdır.

Belə ki, artıq “Android” cihazlarının istifadəçiləri videozənglər zamanı ekranı paylaşarkən həmsöhbətləri ilə birlikdə videolara baxa və musiqi dinləyə biləcəklər.

“Ekranınızı paylaşdığınız zaman cihazınızda səsləndirdiyiniz audio partnyorunuzun cihazında da səsləndiriləcək”, – deyə ekspertlər bildiriblər.

Həmçinin yeni funksiya istifadəçilərə videonu işə salmağı sinxronlaşdırmağa və virtual baxış sessiyası yaratmağa imkan verir.

Videozəng zamanı səsi paylaşmaq seçimi artıq bəzi beta-tester üçün əlçatandır.

Mənbə: WABetaInfo

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir