Sosial şəbəkələrdə yatan uşağın qucağına girən zirehlilər sinfinin balaca nümayəndəsi barədə maraqlı kadrlar yayılıb.
Hadisə Braziliyada baş verib. Bildirilib ki, heyvan evə girib və sadəcə uşağın qucağına sığınaraq yatıb.
Video istifadəçilər tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, dəri əvəzinə buynuz təbəqəsi ilə örtülü olan bu kisəli heyvanlara armadillər də deyirlər. O, Cənubi və Mərkəzi Amerikanın çölləri, səhraları və savannalarında yaşayır. Zirehlilərin bədəni möhkəm buynuz təbəqəsi ilə qat-qat örtülü olur. O, təhlükə hiss edərkən qaçmır, sadəcə yumaq kimi yığılır, hər tərəfdən yaxşı qorunan bərk bir kürəyə çevrilir.
Armadillər insanlara tez alışır.
Mənbə: “Koroçe” “Telegram” kanalı
www.RIA24.az