Beynəlxalq logistika şirkəti DHL tarixdə ilk dəfə Aya kommersiya bağlaması göndərib. Onun içərisində Yerdən suvenirlər dəsti olub.
Bu, “MoonBox” layihəsi çərçivəsində həyata keçirilib.
Şirkət Yerin peykinə yaddaqalan əşyalar çatdırmaq istəyənlərdən 100 mindən çox müraciət qəbul edib. İlk partiya üçün 150 obyekt seçilib. Onların arasında Everest dağının zirvəsindən bir daş, Belçikadan bir zaman kapsulu, “Reddit” internet forumundan seçilmiş paylaşımlar, kosmos turistinin mərhum astronavt atasına məktubu və internet memə çevrilən “Dogecoin” kriptovalyuta nişanının fiziki surəti olub.
Bildirilir ki, istənilən əşyanın Aya göndərilməsinin dəyəri 460 dollardan 26 min dollara qədərdir.
Mənbə: “Lenta dnya” “Telegram” kanalı
www.RIA24.az