Yakutiyada (Rusiya) mənfi 55 dərəcə şaxtada ekstremal idman həvəskarları üçün “Soyuq Oymyakon Qütbü” qaçış marafonu keçirilib.
Yarışda ümumilikdə 38 idmançı iştirak edib.
Qalib Meqino-Xanqalas ulusundan Konstantin Draqunov olub.
“33-cü kilometrdən sonra az qala huşumu itirirdim!” – deyə yarışdan sonra qalib təəssüratlarını bölüşüb.
24 yaşlı tələbə 42,2 kilometr məsafəni 3 saat 7 dəqiqəyə qət edib.
Mənbə: RT
www.RIA24.az